DİN “Porsche” ilə yeniyetməni öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) “Porsche”nin piyadanı vurub öldürməsi ilə bağlı məlumat yayıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.