DİN Qobustandakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.