!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN sədri İndoneziya nümayəndə heyətini qəbul etdi - FOTO

!Reklam – Yazi

İyulun 30-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatası sədrinin müavini Fadli Zonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazir beynəlxalq aləmdə gedən proseslərə əhəmiyyətli təsirə malik, dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya Respublikası və xalqı ilə münasibətərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, respublikamızın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli şəkildə həlli prosesində bu ölkənin hər zaman Azərbaycanın haqq işini müdafiə etməsini məmnunluqla xatırladaraq bu əhəmiyyətli dəstəyə görə təşəkkürünü bildirib.

Sonra Vilayət Eyvazov DİN-nin strukturu və funksional vəzifələrindən söz açaraq cəmiyyət həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə ətraflı danışıb.

O bu işdə vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından ən müasir informasiya texnologiyalarının, xüsusən DİN-in “Təhlükəsiz şəhər”, “102 Zəng Xidməti” Mərkəzinin, digər müasir texnoloji vasitələrin imkanlarından da geniş istifadə olunduğunu vurğulayıb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində olduğu, belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

F.Zon qarşılıqlı ziyarətlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına böyük impuls verəcəyinə, parlamentarilərin də bu əməkdaşlığa öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə nail olunması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv