DİN Siyəzəndəki qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, martın 6-da saat 1 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Elxan Əhmədov idarə etdiyi “Renault” markalı avtomobili qarşıda gedən H.Qurbanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə sürücü və sərnişinləri Tural Əsgərov və Şamo Əliyev hadisə yerində ölübər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.