DİN “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət etdi

Daxili İşlər Nazirliyi “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir”.