DİN tender elan edir

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi 2017-ci ildə polis orqanlarında xidmətdə olan avtomobilləri markasına və buraxılış ilinə görə ehtiyat hissələri, müxtəlif ölçülü və markalı avtomobil şinləri və akkumulyator batareyaları ilə təmin etmək üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 1 Lot üzrə 10 aprel 2017-ci il saat 15.00-da Maddi-Texniki Təminat Baş İdarəsinin inzibati binasında (Bakı, Azadlıq prospekti, 161) keçiriləcəkdir.

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə alınması nəzərdə tutulan avtoşinlərin, akkumulyator batareyalarının və müxtəlif markalı avtomobillər üçün ehtiyat hissələrinin satınalınması (siyahı şərtlər toplusunda göstərilmişdir).
İddiaçılar iştirak etmək üçün 1496,83 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWİFT BİK CTREAZ22
DİN-in Maddi-Texniki Təminat Baş İdarəsi
Hesab AZ32CTRE00000000000002077770
VÖEN 1500281641

Təsnifat kodu 142340 BSK 7, tender.

İddiaçılar iştirak haqqını həmin hesaba köçürdükdən sonra Azərbaycan dililndə tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
İştirak haqqı geri qaytarılmır.

Maddi-Texniki Təminat Baş İdarəsinin tender komissiyasına iddiaçılar tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
– tenderdə iştirak etmək üçün ərizə;

– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

– tender təklifi (30 bank günü qüvvədədir);

– tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günü təşkil edir;

– malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– vergi orqanlarından müvafiq arayış;

– malgöndərənin son bir ildəki (əgər daha az fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

– keyfiyyət sertifikatı;

Tender təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydalara uyğun hazırlanaraq bank təminatı ilə birlikdə iddiaçı tərəfindən imzalanıb möhürlənərək ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfləri imzalanıb möhürlənir və tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2017-ci il aprelin 7-si saat 17.00-dək tender keçirənə təqdim edilir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
Digər sənədlər tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış yəni 2017-ci il martın 30-u saat 17.00-dək satın­alana çatdırılmalıdır.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə aşağıdakı meyarlar nəzərə alınmaqla malgöndərənlərə üstünlük veriləcəkdir:

– satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;

– satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları;

– ən aşağı qiymət və yüksək keyfiyyət.

Tenderdə iştirak etmək qərarına gələnlərin nəzərinə çatdırılır ki, satınalınacaq əmlaklar dekabr ayınadək DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Bazasına göndərilməlidir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlaqələndirici şəxslər – Zahid Sarıyev və Məhərrəm İbrahimov.
Telefonlar: 590-20-18, 590-20-68.

 

Yeniçağ.Az