!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN və Baş Prokurorluq Lənkəranskinin qardaşının həbsinə niyə reaksiya vermir?

!Reklam – Yazi

Ötən gün İstanbulda kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı təşkil olunan sui-qəsdin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, İstanbul polisinin cinayətkar dəstənin zərərsizləşdirilməsi üçün keçirdiyi əməliyyat zamanı aşağıdakı şəxslər ələ keçib:

Canıyev Namiq Rafiq oğlu, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Siyahida adi 1-ci qeyd olunan şəxs – Namiq Canıyev ötən il İstanbulda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşıdır.

Lotu Qulinin aradan götürülməsi üçün yaradılmış killer dəstəsinin rəhbəri olduğu ehtimal edilən polkovnik rütbəli Namiq Canıyev Azərbaycan Dövlət Gömrük Komitəsi Keşlə yük stansiyasının rəisi idi.

İstanbulda həbs olunan dəstə üzvlərindən Canıyevdən başqa daha iki nəfərin soyadı onların Azərbaycan vətəndaşı olduğunu söyləməyə əsas verir.

Bununla belə, çox təəccüblüdür ki, nə Daxili İşlər Nazirliyi (DİN), nə də Baş Prokurorluq üstündən az qala bir sutka keçməsinə baxmayaraq, məlum hadisəyə münasibət bildirməyib.

Yenicag.az əməkdaşlarının DİN və Baş Prokurorluğun olayla bağlı mövqeyini öyrənmək üçün həmin qurumların mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdləri də gün ərzində nəticəsiz qalıb.

Maraqlıdır, adları çəkilən dövlət strukturları Türkiyədə ciddi səs-küyə səbəb olan və Azərbaycan vətəndaşlarının həbsi ilə nəticələnmiş bu hadisəyə niyə reaksiya vermir?

www.yenicag.az

6452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv