Din xadimindən qadınlara çağırış: “Həkimlərin yanında soyunmayın”

Tanınmış din xadimi qadınlara yönəlik absurd çağırışı ilə diqqət mərkəzinə düşüb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, rusiyalı ruhani Andrey Tkaçov rus qadınları həkim yanında və çimərlikdə soyunmamağa çağırıb.

Keşiş iddia edib ki, qadın hətta ölüm ayağında olsa belə, onun həkimin qəbulunda soyunması yolverilməzdir:

“Elə qadınlar var ki, onlar həkimin yanında soyunmağı, bədən hissələrinə toxunulmasını qəbul etmirlər. Deyirlər ki, onsuz da öləcəyik. Heç bu barədə düşünmüsüz?
Hamı bilsin ki, Allahın əmri ilə ölmək xoşbəxtlikdir. Vaxtın çatıbsa, öləcəksən. Yoxsa, qadın harada gəldi, soyunub, sonra da əzabla ölməməlidir”.

COP29