!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN: Yol qəzalarında bir gündə 6 nəfər ölüb

!Reklam – Yazi
img1580311Gün ərzində 6 nəfər yol qəzalarının qurbanı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yevlax dəmir yolu stansiyası ərazisində elektrovoz qorunmayan keçiddə 60-65 yaşlı kişini vurub. Hadisə nəticəsində qoca kişi aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
İkinci yol qəzası Abşeron rayonunda qeydə alınıb. Rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Emin Camalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Məlahət Cəbiyevanı vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Məlahət Cəbiyeva orada ölüb.
Gün ərzində 3-cü qəza Füzulidə baş verib. Rayonunun 8-ci Qayıdış qəsəbəsində Elçin Əliyevin idarə etdiyi “VAZ-210154” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsmiəli Şükürovu vurub. Onu da xəstəxanaya yerləşdiriblər. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. İ.Şükürov orada ölüb.
Növbəti ölümlə nəticələnən yol qəzası Saatlı rayonunun Qara Nuru kəndində olub. Kənd sakini Kamil Ağayev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən həmkəndlisi Mədinə Həsənovanı vurub və nəticədə qadın piyada hadisə yerində ölüb.
Qəzalar paytaxtdan da yan keçməyib. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Emin Kazımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məcid Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən M.Hüseynov orada ölüb.
Son hadisə isə Gəncə şəhərində qeydə alınıb. Kəpəz rayonu ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vahid Quliyev vurulub. Onu xəstəxanaya çatdırıblar. Lakin bütün bunlara baxmayaraq V.Quliyev xəstəxanada ölüb.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.(Musavat.az)

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv