!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN Zaqatalada baş verən atışma ilə bağlı məlumat yaydı

!Reklam – Yazi

скачанные файлы (2)Azərbaycan Daxili İşlər Nazirliyi Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirən rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı yaralanan A. Həzrəyev və hadisəni törədən S. Kərimov kriminal aləmlə əlaqələri olan şəxslərdir.

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv