DİN zona müşaviri keçirib

65186 (1)Noyabrın 15-də Şirvan Şəhər Polis Şöbəsində respublikanın Cənub, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanları rəislərinin xidmət üzrə müavinlərinin və qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  daxil olan məlumata görə, müşavirədə cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.

Toplantıda respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev görülən işlər, xidməti fəaliyyədə buraxılmış nöqsanlar, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Daha sonra məruzə ətrafında müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirə və fikir mübadiləsi aparılıb.

Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev son naziryanı əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun qeyd etdiyi iradları xatırladaraq, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların, polisin cəmiyyət arasında yüksək nüfuzuna və işgüzar imicinə xələl gətirən neqativ halların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildirib.(qafqazinfo.az)