Gürcüstanın paytaxtı Tbilisidə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək “Dinamo” və “Qəbələ”nin start heyətləri açıqlanıb.
Yenicag.az xəbər verir ki, komandalar Boris Payçadze adına “Dinamo” stadionunda təşkil olunacaq qarşılaşmaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Dinamo”: 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze
“Qəbələ”: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 13. Kristian Kuaku, 21. Fernan Lopez, 77. Merab Qiqauri
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq./Report/