!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dinc əhalini hədəfə alan düşmənin atəş nöqtələri susdurulub” - Səxavət Məmməd cəbhədən xəbər verir - VİDEO

!Reklam – Yazi

“Ağdam, Tərtər və Goranboy istiqamətlərində gedən döyüşlərdə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib”.

Bunu döyüş bölgəsində oktyabrın 14-ü saat 14:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, dünən axşam saat 11-12 radələrindən səhər saat 6-ya qədər atəşkəs rejimi ara-sıra pozulsa da, səhərə yaxın atışma intensivləşib:

“Bu gün səhər saatlarından etibarən, ermənilər yenidən ağır artilleriya və ballistik raketlərdən istifadə etməklə, humanitar atəşkəs rejimini pozublar. Ağdam, xüsusilə də, də Tərtər rayonunun mərkəzi və bir sıra kəndləri ermənilərin hücumuna məruz qalıb. Ermənilərin artilleriya atəşi nəticəsində Tərtər və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələrinə çox ciddi ziyan vurulub.

Düşmənin artilleriya hücumları ordumuz tərəfindən cavabsız qalmayıb. Azərbaycan artilleriyası düşmənin bütün atəş nöqtələrini susdurub və humanitar atəşkəsin tələblərinə zidd olaraq, döyüş mövqeyinə çıxarılan ballistik raket komplekslərini məhv edib. Ağdam, Tərtər və Goranboy istiqamətlərində gedən döyüşlərdə düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarətindədir”.

Əməkdaşımız qeyd edib ki, mülki vətəndaşlar ermənilərin atəşi nəticəsində onlara dəyən maddi ziyanı öz hesablarına kompensasiya etməyə hazırdırlar:

“Cəbhəboyu ərazilərdə yaşayan vətəndaşlarımız artıq düşmən hücumlarına adi hal kimi yanaşırlar və bildirirlər ki, tam qələbədən sonra dağıdılan yaşayış evlərini özləri bərpa etməyə hazırdırlar.

Onu da qeyd edim ki, Azərbaycan humanitar atəşkəsin şərtlərinə tam əməl edir. Lakin ermənilər atəşkəsi müntəzəm pozduqlarına görə onların hücumu cavabsız qoyulmur”.

Gülşən Şərif

www.yenicag.az

2208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv