Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dindarlar İlham Əliyevə müraciət etdi

Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzkar siyasəti, ərazilərimizin Tovuz rayonu istiqamətində bombalanması ölkəmizdə işğalçılarla döyüşmək istəyənlərin sayını artırıb.

Yenicag.az xəbər verir ki, minlərlə gənc Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gələrək orduda xidmət etmək, düşmənə qarşı döyüşmək istədiklərini bildirirlər.

Artıq ölkə dindarları da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.

Gəncə şəhərində yaşayan dindarların Reyting.az-a təqdim etdikləri müraciətdə deyilir:

“Uca Allahın Rəhman və Rəhim adı ilə!

Möhtərəm cənab Prezident!

Biz, Gəncə şəhərində yaşayan dindarlar, Ermənistanın Azərbaycana qarşı növbəti təxribat və təcavüz aktını pisləyir, Ali Baş Komandan kimi Sizin qətiyyətli mövqeyinizi dəstəkləyir və Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində göstərdiyi şücaətə görə başda Siz olmaqla, bütün zabit və əsgər heyətinə təşəkkür edib, ordumuza qələbə arzulayırıq.

Ermənistan silahlılarının artilleriya atəşləri və hücum cəhdinin qarşısının alınması zamanı şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların əzizlərinə başsağlığı verir və “Vətən sağ olsun!” deyirik.

Cənab Ali Baş Komandan!

Biz, Gəncə şəhərindəki müqəddəs İmamzadə ziyarətgahının dindarları adından bəyan edirik ki, Sizin vətənimiz naminə hər bir cağrışınıza hazırıq və qəhrəman əsgərlərimizin sırasında növbəti dəfə səngərlərdə yer alaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşməyə, Ali Baş Komandanın əmri ilə Vətənimiz Azərbaycan naminə böyük qəhrəmalıqlar göstərməyə hazırıq.

Qədim Gəncənin bütün vətənpərvər övladları, o cümlədən, dindarları Azərbaycanın bu günündə Sizin yanınızdadır. Hər birimiz Vətənin müdafiəsinə, işğaldakı ərazilərimizin azad olunması üçün ən ağır hərbi əməliyyatlarda iştiraka, düşmənə qalib gəlməyə, Vətənimizin müdafiəsi və işğaldakı Qarabağımızın azadlığı üçün hətta şəhid olmağa hazırıq.

Vətən yolunda Şəhadətə yetişmək bizim üçün ən ali məqamdır. Biz, Şəhadəti Ulu Peyğəmbərimizdən, Həzrət Əlidən, Həzrət Həmzədən və Həzrət Hüseynin müqəddəs əməllərindən öyrənmişik”.

Müraciətdə qeyd olunur ki, Gəncənin və gəncəlilərin Azərbaycan tarixində əhəmiyyətli yeri vardır:

“Gəncəlilər Cavad xanın övladları olaraq, tarixin müxtəlif dönəmlərində, o cümlədən, ötən əsrin 20-ci və 88-cı illərində Azərbaycan uğrunda böyük qəhrəmanlıqlar göstərib, Vətən üçün çoxsaylı şəhidlər veriblər.

Bir daha bəyan edirik ki, Vətənimiz, Millətimiz, Dövlətimiz naminə Sizin çağırışınızla işğal altındakı torpaqlarımızı azad etməyə hazırıq.

Bildirmək istəyirik, dövlətçiliyimizin, milli təhlükəsizliyimizin qarşısında dayanan hər bir mənfi halı pisləyir, lənətləyirik. Öz növbəmizdə, həm də daxildəki təxribat cəhdlərinə qarşı da sinəmizi sipər etməyə hazırıq və bundan qürur duyuruq.

Biz, Gəncə dindarları olaraq, dövlətimizin və Prezidentimizin müsəlləh əsgərləyirik, Ali Baş Komandanın verəcəyi əmrə hazırıq!

Dərin sayğı və ehtiramla,
Gəncə dindarları adından
İmamzadə ziyarətgahının imamı

Hacı Tahir Abbasov”.

www.yenicag.az

453