Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dindarlar Mehriban Əliyevaya təbrik məktubu göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi ölkənin qərb bölgəsində yaşayan dindarların sevincinə səbəb olub.

Bu barədə Reyting.az-a Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbaszadə məlumat verərək bildirib ki, ölkə başçısının müvafiq sərəncamı onların böyük sevincinə səbəb olub:

“Biz, Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edir, ona bu işində də uğurlar arzulayırıq. Uca Allaha dualar edirik ki, bu işdə Mehriban xanıma kömək olsun.

İnanıram ki, bu uğurlu təyinat Azərbaycanın daha da inkişaf etməsi, ölkəmizin böyük nailiyyətlər qazanması üçün çox vacibdir. Biz bundan çox sevinir və Allaha dualar edirik.

Mən, Gəncə dindarları adından Mehriban Əliyevaya təbrikimi çatdırmaqla yanaşını cənab İlham Əliyevə bu vacib sərəncamı imzaladığı üçün təşəkkürümü bildirirəm”.

Hacı Tahir Abbaszadə bildirib ki, Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi münasibəti ilə ona təbrik məktubu da ünvünlayıblar.

Yeniçağ.az

www.yenicag.az

573