!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dini ekstremizmlə bağlı dəyirmi masa keçirildi

!Reklam – Yazi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Dini ekstremizmin təhdidlərinə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı dəyirmi masa keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu açıq elan edib.

Azər Rəşidoğlu dini ekstremizmin yayğınlaşdığı bir vaxtda Kütləvi İnformasiya Vasitələrinin buna qarşı mübarizədə mühüm rol oynadığını və cəmiyyətin maarifləndirilməsi kimi ağır bir yükün KİV-in üzərinə düşdüyünü qeyd edib.

Çıxış edən layihənin eksperti Zaur İbrahimov məsələyə başqa yöndən yanaşaraq KİV-in dini ekstremistlərin auditoriyasının genişlətdiyini vurğulayıb:

“Terror aktları baş verdikdə dini ekstremistlər daha böyük auditoriya əldə etməyə çalışırlar. Araşdırmalar göstərir ki, terror aktlarının publikliyi, çevik şəkildə yayımlanması dini ekstremizmin əsas silahlarındandır”.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Anar Məcidzadə qeyd edib ki, bu istiqamətdə DQİDK tərəfindən maarifləndirmə işləri aparılır:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən şəhərdə və bölgələrdə maarifləndirmə işləri aparılır. Qeyri-Hökumət Təşkilatları da bu sahədə fəal olmalıdırlar.”

Tədbir qızğın müzakirələr fonunda davam edib.

Pərviz Mustafa

www.yenicag.az

1600
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv