Dini idarə rəhbərindən çağırış: “Azan veriləndə gənclər məktəbdədirlərsə…”

Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri Əli Ərbaşın sözləri müzakirələrə səbəb olub.

Yenicag.az “Oda TV”yə istinadən xəbər verir ki, məscid açılışına qatılan Ərbaş burada çıxış edib.

İdarə rəhbəri məscidlərin hər bir şəhərin yaraşığı olduğunu qeyd edib. Məscidlərin uşaq və gənclərlə bəzənməli olduğunu vurğulayan Ərbaş daha sonra belə deyib:

“Gənclər azan oxunduğu zaman məktəbdədirlərsə, bu, doğru deyil. Onların icazələri var, məscidə gəlməlidirlər”.

Dini idarə rəhbərinin bu sözləri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.