” Dinlərarası Harmoniya Sülh və əmin-amanlıq ” adlı tədbir keçirildi – FOTO

07.09.2024-cü il tarixdə, Hövsan qəsəbəsi “Höccət İbn Həsən” məscidində, “Sülh aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Höccət İbn Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə ” Dinlərarası Harmoniya Sülh və əmin-amanlıq ” adlı tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Şəhər Şöbəsinin əməkdaşı Aqil Əlisoy, İlahiyyat İnistutunun Dinşunaslıq kafedrasının müdiri, dosent Anar Qafarov, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov, tanınmış Füzulişunas, Filiogiya üzrə fəlsəfə doktoru Mirzə Vərağa Almaslı, Suraxanı Royon İcra Hakimiyyəti Başçısı aparatının İctima-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, Suraxanı rayon ağsaqqallar şurasının sədri Arif Babayev, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. Bu amillərin ictimai önəmi vurğulanıb.Çıxışçilar konkret misallarla Azərbaycanda dinlərarasında geniş harmoniya sülh və əmin-amanlıq olduğunu qeyd ediblər.

COP29