!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu” mövzusunda konfrans keçiriləcək

!Reklam – Yazi

unnamed-9Dekabrın 15-də ADA Universitetində “Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.

Tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.

Konfransda hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, beynəlxalq ekspertlər, tələbələr iştirak edəcək. İştirakçılar dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol haqqında fikir və təcrübə mübadiləsi aparılacaqlar.

Müxtəlif mədəni, dini, etnik, dil qruplarının yaşadığı Avropada və Azərbaycanda multikulturalizm qədim tarixə malikdir və 2016-ci il Azərbaycanda “Multikulturaklizm ili” elan edilib.

Şimali Afrika, Yaxın Şərq, eləcə də Uzaq Şərqdən gələn və ənənəvi cəmiyyətlərdə yaşayan miqrantların Avropaya nəhəng axını yeni çağrışlar meydana gətirib. Miqrantların özləri üçün də Avropaya gələndən sonra yeni problemlər ortaya çıxıb. Tez-tez onlar özlərini azlıq kimi hiss edirlər. Hər iki – “əsas cəmiyyət”in və “yeni gələnlər”in – bir-birinə uyğunlaşması üçün vaxt lazımdır.

Təbii olaraq, dünyada dini tolerantlıq mövzusunda, o cümlədən danləraraası dözümlülük haqda açıq müzakirələr aparılır. Miqrasiya, sosial və iqtisadi məsələlər son zamanlar medianın əsas mozvularından olub.

Həm Avropa İttifaqı, həm də Azərbaycan bu qrupların dinc və tolerant mühitdə yaşamasını təmin etmək və balanslaşdırılmış dövlət siyasətinin aparılması üçün bənzər problemlərlə üzləşir. Bu kontekstdə, media vəziyyəti əks etdirmək və cəmiyyətə təqdim etmək məsələsində həlledici rol oynayır. Avropa hökümətləri yeni vəzifələrin öhdəsindən gəlmək istəyərkən, bəzi hallarda bir çox müsbət tədbirlərin həyata keçirilməsi media tərəfindən etinasizlıqla işıqlandırılır. Kifayət qədər bu sahədə təşəbbüslər, layihələr, hökumətin tədbirləri olsa da, bunlar çox hallarda işıqlandırılmır.

Azərbaycan çoxmillətli, fəqli dinlərə sitayiş edən insanların yaşadığı bir ölkədir, onun multikulturalizm sahəsində böyük tarixi təcrübəsi var. Ölkədə dini tolerantlığa xüsusi diqqət yetirilir, eyni zamanda multikulturalizm çox yüksək siyasi prioritet sayılır. Dövlət siyasəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Multikulturalizm Mərkəzi kimi ciddi strukturkturlar tərəfindən həyata keçirilir. Tolerantlığın inkişafına yönələn və cəmiyyətin müxtəlif qruplarının dinc, yanaşı yaşamasının təmin olunması ilə bağlı bir çox layihələr və işlər kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilir və gündəlik olaraq ictimaiyyətə çatdırılır. Ona görə də, Avropadakı yeni çağırışlarla bağlı Azərbaycanın təcrübəsini öyrənmək və fikir mübadiləsi aparmaq böyük əhəmiyyət kesb edir.

Yenicag.az

www.yenicag.az

673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv