!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diplomatik nümayəndəlik rəhbərləri Astaraya səfər edib

!Reklam – Yazi

Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları noyabrın 27-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Astara rayonuna səfər ediblər.

Yenicag.az xəbər verir ki, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.

Diplomatlar əvvəlcə Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinə səyahət ediblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon sakinlərinin və turistlərin istirahət yerinə çevrilmiş park-bulvar kompleksi barədə qonaqlara məlumat verib.

Qeyd olunub ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi Prezident İlham Əliyevin 2017-ci il iyunun 8-də imzaladığı Sərəncama əsasən 10 hektar genişləndirilərək 16 hektara çatdırılıb. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Parkın ikinci hissəsində 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb.

Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan, “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra diplomatlar rayonun Çayoba kəndində yerləşən “Astaraçay” MMC-yə gəliblər. Qonaqlara “Astaraçay” MMC-nin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, 2015-ci il iyulun 25-dən fəaliyyətə başlayan “Astaraçay” MMC əsasən çayçılıq, sitrusçuluq və çəltikçiliklə məşğul olur. Müəssisə tərəfindən Astara və Lənkəran rayonlarında 450 hektarda çay plantasiyaları salınıb. Bu il plantasiyalardan 400 ton yaxın yaşıl çay yarpağı yığılıb. Burada fəaliyyət göstərən çay fabriki gün ərzində 10 ton çay emalı gücünə malikdir. Gələcəkdə bu rəqəmin 50 tona çatdırılması nəzərdə tutulub. Bu il müəssisə tərəfindən Astara, Lənkəran və Biləsuvar rayonlarında 1000 hektara yaxın çəltik əkilərək sahələrdən 2000 tona yaxın düyü məhsulu əldə olunub. “Astaraçay” MMC tərəfindən, həmçinin 10 hektarda sitrus meyvə bağları salınıb.

Diplomatlar müəssisənin çay fabrikində istehsal prosesi, “Çay muzeyi”ndə nümayiş etdirilən məhsullar və eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.

Noyabrın 28-də xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları Lənkəran rayonuna səfər edəcəklər./Azərtac/

www.yenicag.az

7474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv