Diplomatımız Suriya XİN rəhbərinin köməkçisi ilə görüşdü

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının xarici işlər və mühacirlər nazirinin köməkçisi Əhməd Duxanla görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşdə humanitar yardım sahəsində mümkün əməkdaşlıq yolları müzakirə edilib.