“İstanbul Universitetinin İdarə Heyətinin qərarı hüquqsuzdur”.
Yenicag.az xəbər verir ki, bunu bakalavr diplomu ləğv edilən İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sosial media hesabında yazıb.
O bildirib ki, universitet rəhbərliyinin belə bir qərar vermə hüququ yoxdur:
“Səlahiyyət sadəcə Biznesin idarə edilməsi fakültəsində var. Bu qərarı verənlərin tarix və ədalət qarşısında hesab verəcəkləri günlər yaxındır”.
Qeyd edək ki, Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Patiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun universitet diplomu ləvğ edilib. Bununla da İmamoğlunun prezidentliyə gedən yolu bağlanıb.