Diplomu tanınmayan universitetlərin siyahısını AÇIQLANACAQ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sədri Tural Əhmədov Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar:
“Yaxın günlərdə agentlik həmin universitetlərin siyahısını dərc edəcək. Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələrini saytda yerləşdirəcək. Artıq burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək. Bununla da vətəndaşlar daha dəqiq məlumat alacaqlar”.

COP29