“Diqlas”da malları yananlara – Yeni təklif

İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarəhaqqı ödənilməmək şərtilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, bununla da zərərçəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:

1. Ziya Bünyadov prospekti, Böyükşor, 13 ünvanında yerləşən “İmperial” ticarət mərkəzində – 10 obyekt, 1250 kvadratmetr – əlaqələndirici şəxs: Yaşar Teymurov (tel: 050 299 04 09);

2. Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6000 kvadratmetr – əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43);

3. Bakıxanov qəsəbəsi, “Meqasiti” ticarət mərkəzi (2 mərtəbəli) – 250 obyekt, 12000 kvadratmetr – əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43);

4. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kvadratmetr arasında dəyişən 30 mağaza – əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11);

5. Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kvadratmetr arasında dəyişən 50 mağaza – əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55);

6. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kvadratmetr olan 20 mağaza və 200 kvadratmetr olan 5 anbar – əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89), Qabil Nəhmədov (tel: 050 213 33 68);

7. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kvadratmetr olan qapalı sahə (20 kvadratmetr olmaqla bölgü aparıla bilər) – əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118);

8. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kvadratmetr arasında dəyişən 50 mağaza – əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60).

İqtisadiyyat Nazirliyində əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).