“Diqlas”da zərər çəkən sahibkarlara 570 min ödənildi

“Diqlas” ticarət mərkəndəki yanğından zərər çəkmiş 57 sahibkara aprelin 5-də 570 min manat maddi yardım ödənilib.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

“Aprelin 4-də 93, bu gün isə 90 sahibkar ərizə ilə müraciət edib. Düşünürəm ki, gələn həftənin sonunadək maddi yardımın verilməsi başa çatacaq”, – deyə nazir bildirib.