“İctimai iaşə obyektləri və hotellərdə vətəndaşların COVID-19 pasportu yoxlanılacaq”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda koronavirus pandemiyasının son günlərdə sürətlə yayılması və yoluxanların sayının bir neçə dəfə artması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, pasportun yoxlanışı maksimum rahat istifadə olunan bir sistem şəklində qurulub:
“18 yaşdan yuxarı olan bütün vətəndaşların COVID-19 pasportu mobil telefon vasitəsilə yoxlanılacaq. Əgər vətəndaşın pasportu varsa, məkana buraxılacaq. Vətəndaşdan xüsusi prosedur tələb olunmur. Sadəcə pasport ya üstündə, ya da mobil telefonunda olsun”.
Gülşən Şərif