“Bakıda ictimai nəqliyyatın hərəkəti üçün 19 küçədə xüsusi zolaqların yaradılması mümkündür”.
Yenicag.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.
“Bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təkliflər verilib. Onların bir hissəsi artıq müsbət rəy alıb və digərlərinin üzərində iş gedir”, – deyə G.Rzayeva əlavə edib./Report/