!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! 28 May və 18 Oktyabr hər il bayram kimi qeyd ediləcək

!Reklam – Yazi

Azərbaycanda 28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” adlandırılaraq hər il bayram kimi qeyd ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu və bu gün rəsmi iş günü hesab olunurdu. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılaraq qeyri iş günü hesab olunacaq.

Qanun layihəsində qeyd olunur ki, 2021-ci il oktyabnn 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azarbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tarn fərqli olaraq, öz arazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizda müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əlda edilməsi va bərpasi kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv