!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

!Reklam – Yazi

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi avqustun 29-u saat 09:00-dək davam edəcək.

Yenicag.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 15:45-dək olan məlumata görə, 65641 ərizə təsdiq edilib.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (o cümlədən subbakalavrlar) iştirak edə biləcəklər.

Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv