DİQQƏT: Artıq bu cərimələr kameralara yazılacaq

Bu ildən texniki baxışdan keçməyən avtomobillərə tətbiq edilən cərimə kameralarla yazılır. Son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sürücüyə 50 manat cərimə yazılacaq.

Yenicag.az xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov son günlər texniki baxışa görə cərimə edilən sürücülərin sayının həddən artıq çox olması ilə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, sürüclər bir qədər diqqətli olsalar, 50 manat cərimə olunmazlar:

“Bu aralar sürücülər avtomobillərinin texniki baxış vaxtını yoxlamağa daha diqqətli olsun. Cərimə olunanların sayı həddən artıq çoxdur.

Əvvəlki illərin təcrübəsi göstərir ki, əksər sürücülər öz avtomobillərini iyulda və avqustun əvvəllərində baxışdan keçiriblər. Bu ildən tətbiq edilən dəyişiklik texniki baxış vaxtını əvvəlki ildə keçmə günündən 20 gün gec olmamaqla müəyyən edir. Məsələn, əvvəlki il 5 iyulda baxışdan keçirilən avtomobil bu il 25 iyuldan gec olmayaraq baxışdan keçirilməlidir.

Texniki baxış vaxtını “Asanpay.az”da elektron kabinetinizdə yoxlaya bilərsiniz, kabinet yoxunuzdursa, SMS Radar xidmətinə qoşulub oradan öyrənin, yaxud yolda xidmət edən DYP əməkdaşlarından və ya DYP şöbələrindən soruşun.

Diqqətli olun ki, cərimə olunmayasınız. Bu ildən cərimə kameralarla yazılır, son müddətin bitdiyi günün sabahı kamera altından keçəndə sizə 50 manat cərimə yazılacaq”./axar.az/