DİQQƏT! Avtomobildə olanların hamısı maskadan istifadə etməlidir

Avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edilib ki, avtomobil idarə edən şəxs tək olduqda maskadan istifadə məcburi deyil.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 21 noyabr saat 00-dan etibarən açıq havada da tibbi maskadan istifadə məcburi olacaq.