DİQQƏT: Azərbaycanın bu ərazisində su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Yenicag.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.