!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bakı-Qazax yolunda rənglənmə işləri aparılacaq

!Reklam – Yazi

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, işlər sentyabr ayının 30-na qədər davam edəcək. Bu müddət ərazində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən magistral yolun sözügedən hissəsində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.yenicag.az

2223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv