!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bakıda bu küçə və prospektlərdə tıxac var - SİYAHI

!Reklam – Yazi

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Sıxlıq olan ərazilər:

Ziya Bünyadov prospekti – 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

Heydər Əliyev prospekti – Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq;

8 noyabr prospekti – Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək sıxlıq;

A.Salamzadə küçəsi – Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək sıxlıq;

Yusif Səfərov küçəsi – Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

Aeroport şossesi – Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək sıxlıq;

Rəşid Behbudov küçəsi – Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək sıxlıq;

Moskva prospekti – 20 yanvar dairəsi istiqamətindən Avtovağzalın qarşısınadək sıxlıq.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv