Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabrda Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.