DİQQƏT! Bakının bu ərazisində su kəsiləcək

Bu gün Bakının Xətai rayonunun bəzi yerlərində su olmayacaq.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində rayonun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.