DİQQƏT: Bakının bu hissəsində su KƏSİLƏCƏK

Magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yenicag.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.