DİQQƏT! Bakının bu hissəsində su olmayacaq

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Suraxanı rayonunun Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.