DİQQƏT: Bakının bu qəsəbələrində su olmayacaq

Bakının Əmircan və Köhnə Suraxanı qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.