“Bu il və əvvəlki illərdə 11-ci sinfi bitirən və buraxılış imtahanları vermiş şəxslər növbəti ilin qəbul imtahanlarında birinci mərhələ-buraxılış üzrə yenidən imtahan verə bilər”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bunun üçün sözügedən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) ödənişli əsaslarla imtahanında iştirak etməlidir:
“Buraxılış imtahanlarında əldə etdiyi nəticəyə qane olmayan abituriyentlər, növbəti ildə yenidən buraxılış imtahanı formatında olan qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Lakin abituriyent bu il buraxılış imtahanında əldə etdiyi nəticədən razı qalıbsa, bu halda buraxılış imtahanı verməyə və birbaşa blok imtahanına hazırlaşa bilər. Həmin abituriyent mümkün 400 baldan, 100-dən az olmamaqla bal toplayaraq ali məktəbə qəbul ola bilər.
III ixtisas qrupu üzrə isə yaxşı olar ki, abituriyent mümkün 400 baldan 250-dən çox bal toplasın. Əgər nəticə 150, hətta 100 baldan aşağdırsa, o zaman buraxılış imtahanının növbəti ildə yenidən verilməsi daha məqsədəuyğun olar”.
Ayan Ağayeva