!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT! Bu “Android”lərdə pulu oğurlamaq üçün proqram quraşdırılıb

!Reklam – Yazi

Bəzi regionlarda ucuz “Android” smartfonlarına böyük tələbat var. Çox vaxt belə aparatların istehsalçıları qiymətə görə güzəştə gedir və nəticədə qurğular o qədər də keyfiyyətli materiallarla təchiz edilmir. 

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki ki, bu yaxınlarda baş vermiş hadisə  istehsalçıların təhlükəsizlik məsələsinə yetəri qədər diqqət ayırmadığını göstərib.

Afrikada Çinin ucuz “Android” smartfonlarında pul oğurlamaq üçün öncədən quraşdırılmış proqramlar aşkar edilib. Alıcılardan biri onun smartfonuna çoxlu reklam bildirişlərinin gəldiyini deyib, günlərin birində isə heç vaxt abunə olmadığı çoxlu sayda pullu abunə aşkar edib.

Mütəxəssislər problemi araşdırıblar və məlum olub ki, qurğulara öncədən zərərverici proqram quraşdırılıb.

www.yenicag.az

1011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv