DİQQƏT! – Bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi

Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Yenicag.az Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Bildirilir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işləri ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut

İstiqamət:

Biləcəri qəsəbəsi: Biləcəri enişi – Natavan küçəsi – Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) – Bakı-Sumqayıt şosesi – Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut

İstiqamət:

Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı).