!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diqqət! Bu ərazidə hərəkət məhdudlaşdırılır

!Reklam – Yazi

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

www.yenicag.az

3526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv