!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diqqət: Bu ərazidə qaz olmayacaq

!Reklam – Yazi

Sabunçunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Yenicag.az xəbər verir ki, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir./Trend/

www.yenicag.az

1486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv