Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sabah Bakının Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərçiyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən bildirilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.