Təmir işləri ilə əlaqədar Novxanı qəsəbəsinin bir hissəsində su olmayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat verib.
Məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Novxanı qəsəbəsinin bir hissəsinə, eləcə də Bağlar massivinin Püstəxanım Əzizbəyova küçəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.