“Qaz İxrac” İdarəsi diametri 530 mm olan “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərinin 47-ci kilometrliyində təmir işləri aparmağı planlaşdırır”.
Bu barədə Yenicag.az-a Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, magistral kəmərin Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun kəsişməsində yeni çəkilmiş 144 metr uzunluğunda olan hissəsi qaznəqli sisteminə birləşdiriləcək:
“Təmir zamanı səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Abşeron rayonu, Xırdalan şəhəri, Atyalı yaşayış massivi, Hökməli, Qobu, Daş-Güzdək, Aşağı Güzdək kəndləri, Müşfiqabad qəsəbəsi və qəsəbədəki Qaçqınlar Şəhərciyi, Çiçək yaşayış massivi, 28 May qəsəbəsi, Çaylı-Qobustan yaşayış massivi, Pirəkəşkül, Ceyranbatan və Saray qəsəbələrində qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranacağı gözlənilir”.