Diqqət! Bu ərazilərdə su olmayacaq

Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılmasına başlanılıb.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 18 fevral 2021-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.