DİQQƏT – Bu əraziyə içməli su məhdudiyyətlə veriləcək

Magistral su kəməri üzərində yeni siyirtmənin quraşdırılması ilə əlaqədar 15 fevral 2022-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən Yenicag.az-a bildirilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.