DİQQƏT! Bu gün bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Oktyabrın 7-də Nəsimi rayonu, Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.